"Sabah" - "Beşiktaş": 10 min bilet satıldı

13:30 - 7 May 2023

Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah" və "Beşiktaş" klubları arasında xeyriyyə matçı keçiriləcək.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matça bilet satışı davam edir.

Biletlər dünən satışa çıxarılıb. Artıq biletlərin 10 mini satılıb. 

Biletləri "iticket.az" saytından və “Iticket.az”-ın satış məntəqələrindən, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərsiniz.

Görüşə 18:00-da start veriləcək.

Xəbər xətti