FİF "Şamaxı"ya seminar keçdi

17:05 - 9 May 2023

Şamaxı şəhərində “Şamaxı” Futbol Klubunun strategiyasının hazırlanması ilə bağlı seminar keçirilib.

Sportal.az xəbər verir ki, Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının üzvü, “Azercell Telecom”un Korporativ Ünsiyyət Departamentinin rəhbəri Sona Abbasovanın mentorluğu ilə baş tutan seminarda fondun və klubun nümayəndələri iştirak edib.

Seminarda strategiyanın önəmi və əsas komponentləri barədə geniş təqdimat edilib, həmçinin klub nümayəndələri ilə birlikdə “Şamaxı”ın strategiyasının hazırlanması üzərində işlər aparılıb.

Xəbər xətti