"Sabah" - "Beşiktaş" matçına nə qədər bilet satılıb?

16:59 - 12 May 2023

"Sabah" yoldaşlıq oyunu çərçivəsində Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, bu görüş üçün bilet satışı davam edir. Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, artıq 25 min bilet satılıb. 

Qeyd edək ki, "Sabah" - "Beşiktaş" qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.

Xəbər xətti