"Sabah" - "Beşiktaş" matçında 6 qol - YENİLƏNİB

19:56 - 13 May 2023

"Sabah" bu gün yoldaşlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi Türkiyənin "Beşiktaş" klubu ilə üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Qeyd edək ki, "Sabah" - "Beşiktaş" matçı xeyriyyə xarakteri daşıyır. Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün xərclənəcək.

Yoldaşlıq oyunu

18:00. "Sabah" - "Beşiktaş" 3:3

Qollar: Aleksey Kaşuk, 3, 5, Davit Volkov, 70 - Umut Meraş, 24, 44, Cenk Tosun, 63 (pen)

Xəbər xətti