"Zirə"nin legioneri üçün mövsüm başa çatdı

10:33 - 14 May 2023

"Zirə"nin hücumçusu Vladislav Kulaç mövsümün qalan hissəsini buraxmalı olacaq.

Sportal.az xəbər verir ki, ukraynalı legioner Premyer Liqanın 34-cü turunun “Kəpəz”lə matçında zədələnmişdi. MRT müayinəsindən keçən futbolçunun zədəsinin ciddi olduğu ortaya çıxıb.

O, mövsümün son iki turunda meydana çıxa bilməyəcək. Kulaçdan əvvəl qəsəbə təmsilçisinin daha iki legioneri Filip Paxtman və Mohamed Hamdaui zədə səbəbindən mövsüm erkən başa vurmuşdu.

Xəbər xətti