Quliyev və Sadıqov "Spartak"a qarşı oynadı

14:33 - 14 May 2023

Rusiya Premyer Liqasında 27-ci turun matçları keçirilib.

Sportal.az xəbər verir ki, Ayaz Quliyevlə İlya Sadıqovun formasını geyindiyi "Ximki" növbəti oyununu oynayıb.

Adıçəkilən klub "Spartak"la (Moskva) qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. 

Ayaz Quliyev meydana start heyətində çıxıb və 88-ci dəqiqədə Sadıqovla əvəzlənib. 

"Ximki" 27 turdan sonra 18 xalla 15-ci pillədədir.

Xəbər xətti