Avropa Liqası: "Roma" və "Sevilya" finalda - YENİLƏNİB

01:53 - 19 May 2023

UEFA Avropa Liqasında finalçılar müəyyənləşir.

Sportal.az xəbər verir ki, bu gecə baş tutacaq qarşılaşmalardan sonra həlledici görüşə vəsiqə qazanan hər iki komanda bəlli olacaq.

Finala yüksəlmək uğrunda "Yuventus" səfərdə "Sevilya"nın qonağı olacaq. Bu kollektivlər arasında İtaliyada baş tutan ilk görüş 1:1 hesablı bərabərliklə yekunlaşır. Leverkuzen "Bayer"i isə 0:1 hesablı məğlubiyyətin revanşında doğma meydanda "Roma"nı qəbul edəcək. Hər iki oyun Bakı vaxtilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması 31 tarixində Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları
18 may

23:00. "Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya) 2:1

Qol: Suso, 71, Erik Lamela, 95 - Vlahoviç, 65
Baş hakim: Denni Makkeli (Niderland)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun - 1:1

23:00. "Bayer" (Almaniya) - "Roma" (İtaliya) 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Leverkuzen, "Bay Arena"
İlk oyun - 0:1

Xəbər xətti