AL: Həftənin ən yaxşısı bəlli oldu

19:11 - 19 May 2023

Avropa Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Sevilya"nın üzvü Erik Lamela səsvermədə hamını qabaqlayıb.

Argentinalı AL-in "Sevilya" - "Yuventus" (2:1) görüşündə bir qol vurub, bir də assist edərək Əndəlusiya klubunun finala yüksəlməsinə səbəb olmuşdu.

Xatırladaq ki, finalda "Sevilya"nın rəqibi "Roma" olacaq.

Xəbər xətti