Çempionlar Liqası: Portuqaliyalı ən yaxşı seçildi

20:19 - 19 May 2023

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, turnirin yarımfinal mərhələsinin "Mançester Siti" və "Real" arasında İngiltərədə keçirilən cavab görüşündə effektiv oyun göstərən Bernardo Silva UEFA-nın azarkeşlər arasında keçirilən səsverməsində birinci olub.

Portuqaliyalı "Real"a 4:0 qalib gəldikləri görüşdə dublla yadda qalmışdı. Xatırladaq ki, "Mançester Siti" finalda "İnter"lə qarşılaşacaq.

Xəbər xətti