Qvardiola: "İlk dəfə deyil ki, Kevin mənə qışqırır"

14:45 - 20 May 2023

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçi Kevin De Bruyne ilə bağlı vəziyyət haqda danışıb.

Sportal.az xəbər verir ki, "Sky Sports"a açıqlama verən ispaniyalı mütəxəssis belçikalının oyun zamanı onun üzərinə qışqırmasına aydınlıq gətirib:

"Bir-birimizin üstündə qışqırmağı sevirəm. Mən bu enerjini sevirəm. Kevin ilk dəfə deyil ki, mənə qışqırır. Məşqdə mənə nə qədər qışqırdığını görmürsünüz. Amma bizə lazım olan budur. Bundan sonra o, daha da yaxşı olur".

Kevin De Bruyne bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 7 qol vurub və 16 məhsuldar ötürmə edib.“Mançester Siti” Çempionlar Liqasının finalında “İnter”lə qarşılaşacaq. Matç iyunun 10-da İstanbulda baş tutacaq.

Xəbər xətti