"Roma" güclü rəqibdir, amma biz möhtəşəm komandaları məğlub etmişik"

15:53 - 20 May 2023

"Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç Avropa Liqasının finalında "Roma" ilə oyundan gözləntilərini bölüşüb.

Sportal.az xəbər verir ki, "AS"a danışan xorvatiyalı futbolçu "Yuventus" səddini keçərək finala adlamalarını da şərh edib:

"Biz bunun üçün böyük səylər göstərmişik. "Sevilya"ya azarkeşlik etmədən matçları izləyənlər az oldu. "Roma" güclü rəqibdir, lakin biz hamıya qarşı oynaya biləcəyimizi sübut edərək möhtəşəm komandaları məğlub etmişik. "Yuventus" səddini də keçməyimiz bunu göstərir".

Avropa Liqasının final görüşü mayın 31-də Budapeştdə keçiriləcək.

Xəbər xətti