Yığmamızın sabiq baş məşqçisi işsiz qaldı

21:17 - 20 May 2023

Azərbaycanın U-19 yığmasının sabiq baş məşqçisi Miloş Velebit işsiz qalıb.

Sportal.az xəbər verir ki, serbiyalı məşqçi Taylanddan ayrılıb. 

Bir müddət əvvəl bu ölkənin U-18 və U-20 yığmasına baş məşqçi təyin edilmiş Velebit şəxsi məsələlərə görə, orada qalmaq istəməyib. 

Xatırladaq ki, AFFA U-19 yığmamıza başçılıq etmiş serbiyalı ilə müqavilə müddətini artırmamışdı.

Xəbər xətti