Bu klub 1998-ci ildən sonra ilk dəfə Premyer Liqaya vəsiqə qazandı

17:34 - 20 May 2023

Rusiya Premyer Liqasına vəsiqə qazanan ilk komandanın adı bəlli olub.

Sportal.az xəbər verir ki, “Baltika” birinci divizionun sonuna üç tur qalmış bu uğura imza atıb.

Buna səbəb isə üçüncü pillədə qərarlaşan “Alaniya”nın 32-ci turda “Akron”la bərabərə (0:0) qalması olub.

Kalininqrad təmsilçisi hazırda 64 xalla birinci pillədədir. Sergey İqnaşeviçin rəhbərlik etdiyi kollektivin mövsümün sonuna qədər üç oyunu qalıb. Adıçəkilən klub sonuncu dəfə 1998-ci ildə Rusiya çempionatında mübarizə aparmışdı. 

Xatırladaq ki, Premyer Liqaya iddialı digər komanda isə divizionda ikinci pillədə qərarlaşmış “Rubin”dir. 
 

Xəbər xətti