Tərlan Əhmədov: "Çalışaram ki, komanda mükafatçılar sırasında olsun"

20:43 - 21 May 2023

"Kəpəz" Azərbaycan Premyer Liqasının 35-ci turunda öz meydanında "Neftçi" yə 1:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

- Son turlardı. Komandalarda yorğunluq hiss olunur. Oyundan sonra futbolçularıma təşəkkür etdim. Uzaq yol gedib-gəlmək onları yorur. Artıq komandada zədələr çoxalıb. Minimum məqsəd Premyer Liqada qalmaq idi. Bunun öhdəsindən gəldik. Son oyunları yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik. Amma bu gün alınmadı. Artıq biz də yorulmuşuq. Yol bizi çox yorur. 

- Hər yerdə görmüşük ki, komandaya uğur qazandıran məşqçiyə müqavil təklif olunur. Amma "Kəpəz" rəhbərliyindən sizə təklif yoxdur. Bunun səbəbi nədir?

- Bu sualı rəhbərliyə versəz, daha yaxşı olar. Yazırlar ki, guya kimlərəsə yalvarmışam ki, mənə hansısa komandada iş versinlər. Bu günə kimi heç kimə ağız açmamışam. Rəhbərlik istəsə, işimizə davam edəcəyik. "Kəpəz"i sevən insanlar mənə deyirlər ki, buradan getmə. Bu günə qədər heç bir təklim olmayıb. İşim göz qabağındadır. Hazırda son oyunu fikirləşirəm. Müqavilə barədə heç nə deyə bilmərəm.

- Növbəti mövsümdə sizin istədiyiniz şərait yaradılmasa "Kəpəz"də qalacaqsız?

- AZAL-ın büdcəsi 155 min manata endiriləndə işləmişəm. Futbol aləmində bütün çətinlikləri görmüşəm. Az büdcə ilə komanda formalaşdırmaq olar. Qalsam, ən yaxşı nəticəni qarşıma məqsəd qoyacağam. Şərait olsa, çalışaram ki, komanda mükafatçılar sırasında olsun.

- Digər klublardan təklif almısız?

- Yox. Heç kim əlaqə saxlamayıb. Mən özüm də heç kimə ağız açmamışam. Bir zəng belə olmayıb.

- Növbəti oyununuz da burada "Qəbələ"yə qarşıdır. Həmin matçda kimin burada qalmaq üçün müraciətiniz olub?

- Beş gün burada qalmaq üçün böyük vəsait lazımdır. Ona görə də geri qayıtmağa məcburuq. 

- Beş ballıq şkala ilə öz işinizi necə dəyərləndirirsiz?

- Mən heç nə deyə bilmərəm. İşimizə ictimaiyyət qiymət verə bilər. Sadəcə onu deyə bilərm ki, qarşımıza qoyulan məqsədə çatdıq.

- Sizin "Kəpəz"də qalmağınızı istəyənlərə də Gəncədə təzyiqlər var. Bu vəziyyətdə işləməkdən bezməmisiz?

- Bezsəydim, qorxsaydım, bu gün burada olmazdım. Təhdidlər də var. Heç vaxt bunları açıqlayası deyiləm. Həyatım boyu heç vaxt qorxmamışam. Yenə bu hadisələr olsa, işimə davam edəcəm. Əksində bu cür hallar məni motivasiya edir

Elçin Əlixan

Xəbər xətti