"Estoniya və Azərbaycan millilərinin ilk iki yer uğrunda mübarizə aparmaq üçün keyfiyyəti yoxdur"

22:34 - 24 May 2023

Avstriyada futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində F qrupunda yer alan komandalarının perspektivləri müzakirə edilərkən Azərbaycan millisinin çıxışına da toxunulub.

Sportal.az xəbər verir ki, “12terMann” portalı millimiz haqda bunları yazıb:

"Avstriya millisi seçmə mərhələyə yaxşı başlasa da, onların hələ çox işi var, çünki əsas məqsəd Avropa çempionatına çıxmaqdır. Seçmə mərhələdə Avstriya millisi üçün uğurlu çıxış böyük əhəmiyyət kəsb edir. Böyük ehtimalla ikinci yer uğrunda mübarizə İsveç və Avstriya yığması arasında gedəcək. Sürprizlər olmasa, qrup favoriti Belçika asanlıqla lider kimi təsnifat mərhələsini başa vuracaq. Estoniya və Azərbaycan millilərinin ilk iki yer uğrunda mübarizə aparmaq üçün kifayət qədər keyfiyyəti yoxdur".

Xəbər xətti