Məsiyevin idarə etdiyi görüşdə İtaliya qalib gəldi

18:31 - 25 May 2023

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev Macarıstanda keçirilən gənclər arasında (U-17) Avropa çempionatının final mərhələsininin növbəti oyununu idarə edib.

Sportal.az xəbər verir ki, Məsiyev Sloveniya - İtaliya (0:3) görüşünün baş hakim olub.

O, bu matçda sloveniyalı futbolçuya qırmızı vərəqə göstərib.

Elçin Məsiyevin köməkçiləri Elşad Abdullayev və Adami Cefri (Niderland) olub.

Xəbər xətti