Bu stadion 12 illik "Sabah"a verildi

19:09 - 26 May 2023

“Sabah” klubu ilə “Qurtuluş 93 Residence” MTK arasında sponsorluq və əməkdaşlıq müqaviləsi bağlanıb.

Sportal.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Qurtuluş 93 Residence” MTK-nın nəzdində olan “Bank Respublika Arena” və məşq meydançaları 12 il müddətinə “Sabah”a təmənnasız icarəyə verilib.

Bunun qarşılığında “Sabah” stadionda olacaq bütün təmir-bərpa və əməliyyat işlərinin xərclərini qarşılamağı öz öhdəsinə götürüb.

Anlaşmaya əsasən, “Bank Respublika Arena”da “Qurtuluş 93 Residence” MTK-nın reklam bannerləri yer alacaq, həmçinin klubla şirkət arasında müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Sponsorluq və əməkdaşlıq müqaviləsi “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və “Qurtuluş 93 Residence” MTK-nın təsisçisi Məhərrəm Novruzov tərəfindən imzalanıb.

Qeyd edək ki, “Sabah” Premyer Liqaya vəsiqə qazandığı 2018-ci ildən “Bank Respublika Arena”nın xidmətindən istifadə edir. Növbəti mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək klub ev matçlarını məhz bu arenada keçirməyi planlaşdırır. Hazırda stadionda UEFA-nın avrokubok oyunları üçün tələb olunan kriteriyalara uyğunlaşdırılması istiqamətində təmir və bərpa işləri görülür.


Xəbər xətti