"Kəpəz" bu futbolçuya müqavilə təklif etdi

13:19 - 27 May 2023

“Kəpəz” rəhbərliyi yayda heyətə cəlb edilən legionerlərdən bir neçəsi ilə işbirliyinə davam etmək istəyir.

Sportal.az saytına verilən məlumata görə, bu mövsüm Premyer Liqada qalmağı bacaran Gəncə təmsilçisi Giorgi Kantariya ilə müqavilə müddətini uzatmağı planlaşdırır. Bunun üçün ona yeni müqavilə təklif edilib. "Kəpəz" rəhbərliyi yayda komandaya cəlb edilən və özünü yaxşı tərəfdən göstərə bilən gürcü futbolçunun ayrılmasını istəməyib.

26 yaşlı futbolçunun özünün də, Azərbaycanda qalmaq istədiyi bildirilir. “Kəpəz”dən savayı ona Premyer Liqamızın digər klublarından da təklif olduğu iddia edilir. 26 yaşlı yarımmüdafiəçi “Kəpəz”ə gələnə qədərə “Zuqdidi”, “Neman”(Qrodno), “Telavi” klublarında oynayıb.

Xəbər xətti