Bu futbolçu "Kəpəz"dən ayrılacaq

12:53 - 28 May 2023

Mövsümü 7-ci pillədə başa vuran "Kəpəz" üçün heyəti qorumaq çətin olacaq.

Sportal.az saytına verilən məlumata görə, bəzi futbolçular "sarı-göylər"i tərk edəcək. "Kəpəz"dən ayrılacaq oyunçulardan biri artıq bəllidir.

Fərid Nəbiyev Gəncə təmsilçisində qalmayacaq. 23 yaşlı yarımmüdafiəçinin karyerasını Premyer Liqanın iddialı klublarından birində davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, "Kəpəz" Fərid Nəbiyevi mövsümün əvvəlində heyətinə qatmışdı. O, komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti