"Finala autsayder kimi çıxmaq daha yaxşıdır"

16:37 - 30 May 2023

"İnter" və "Mançester Siti"nin sabiq forvardı Mario Balotelli komandalar arasında keçiriləcək Çempionlar Liqasının finalından bağlı gözləntilərini bölüşüb.

Sportal.az xəbər verir ki, “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, italiyalı hücumçu "nerazzura"nın finalda favorit olmadığını bildirib:

"İnter"də yaxşı dostum Edin Dzekodan tutmuş Romelu Lukakuya və sensasiyalı Lautaro Martinesə qədər meydanda fərq yarada biləcək çox oyunçu var. Təcrübə mənə deyir ki, autsayder kimi finala çıxmaq daha yaxşıdır. Xosep Qvardiolanın komandası cəlbedici futbol nümayiş etdirsə də, İnzaqinin rəhbərlik etdiyi “İnter” də effektivdir”.Çempionlar Liqasının finalı iyunun 10-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Xəbər xətti