Azərbaycan Kuboku: "Neftçi"nin "Qəbələ" qarşısında üstünlüyü

14:29 - 31 May 2023

Bu həftə keçiriləcək Azərbaycan Kubokunun final oyunu ilə 2022/23 mövsümünə yekun vurulacaq.

Sportal.az xəbər verir ki, həlledici qarşılaşmada “Neftçi” və “Qəbələ” üz-üzə gələcək.

Peşəkar Futbol Liqası bu cütün ölkə kubokundakı oyunlarının balansını açıqlayıb.

Azərbaycan Kuboku
Final
3 iyun

“Neftçi” – “Qəbələ” – 5 oyun, +1=3-1, top fərqi – 6-7

İndiyədək komandaların yolları üç dəfə kəsişib. 9 il əvvəlki finalda “Neftçi” penaltilərlə qalib gəlib. Yarımfinal duellərində isə komandalar hərəyə bir dəfə mərhələ keçib.

2013/14    final    Qəbələ – Neftçi (Bakı)    1:1, p. 2:3
2015/16    1/2 final    Neftçi (Bakı) – Qəbələ    1:1, 1:1, p. 4:3
2017/18    1/2 final    Qəbələ – Neftçi (Bakı)    1:2, 3:1

Xəbər xətti