"Səbail" hücumçusu ilə yollarını ayırdı

19:16 - 31 May 2023

"Səbail" futbolçusu Luvaqa Kizito ilə yolları ayırıb.

Sportal.az xəbər verir ki, uqandalı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Səbail" Kizito Luvaqanı ötən ilin iyun ayında transfer etmişdi. 30 yaşlı forvard paytax təmsilçisinin heyətində meydana çıxdığı 23 matçda 2 qol vurub.

Xəbər xətti