"Çelsi" səkkiz futbolçusunu komandadan göndərəcək

22:19 - 31 May 2023

"Çelsi" Maurisio Poçettinonu baş məşqçi postunda təyin etdikdən sonra səkkiz futbolçu komandadan göndəriləcək.

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, Joao Feliks, Pyer-Emerik Obameyanq, Kristian Pulişiç, Eduard Mendi, Kallum Hadson-Odoi, Kalidu Kulibali, Sezar Aspilikueta və N’Qolo Kante argentinalı mütəxəssisin planlarına daxil deyil.

Yeni mövsüm adıçəkilən futbolçuların heç birinin komandada olmayacağı iddia edilir. Poçettino isə artıq transfer siyahısını klub rəhbərliyi ilə danışığı zamanı onlara təqdim edib.
 

Xəbər xətti