"Albaniyada etdiklərimi Azərbaycan millisində təkrarlamağa çalışdım"

10:20 - 1 İyun 2023

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlama verib.

Sportal.az "II Resto del Carlino"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis millimizdəki işindən söz açıb. İtaliyalı məşqçinin dediyinə görə, yanvarda başqa komandaya rəhbərlik edə bilərmiş, ancaq Azərbaycan millisində qalıb:

"Albaniyada etdiklərimi Azərbaycan millisində təkrarlamağa çalışdım. Amma başa düşdüm ki, vəziyyət bir az fərqlidir. Mən nəticə üçün yaşayıram və uduzanda həmişə çox əsəbiləşirəm. Tezliklə Estoniya ilə oyunumuz olacaq. Ümid edirik ki, gününüz yaxşı keçəcək. Yanvarda millini dəyişə bilərdim, amma öhdəliyimə düşən məsələlərə hörmət etmək qərarına gəldim və bunu sona qədər edəcəm".

Xəbər xətti