Şahin Diniyev daha bir oğlunu "Səbail"ə aparır

16:17 - 3 İyun 2023

"Zirə"nin yollarını ayırdığı Coşqun Diniyevin yeni mövsümə "Səbail"də başlayacağı gözlənilir.

Sportal.az saytına verilən məlumata görə, Bayıl klubunun çalışdırıcısı Şahin Diniyev oğlunu sərəncamında görmək istəyir. Artıq tərəflər arasında danışıqlara start verilib. Coşquna ən real təklif məhz "Səbail"dən gəlib. Maliyyə şərtlərində razılıq əldə edilsə, milli komandamızın üzvü yeni mövsümə paytaxt klubunda başlayacaq. 

27 yaşlı futbolçu “İnter”(indiki “Şamaxı”), “Qarabağ”, “Sabah” klublarında oynadıqdan sonra 2021-ci ildə “Zirə”yə keçmişdi.

Xatırladaq ki, Şahin Diniyevin böyük oğlu Kərim Diniyev də "Səbail"də çalışır. O, məşqçilər korpusunda yer alıb. 

 

Xəbər xətti