Argentinada Ponomaryovun qolundan yazdılar: "Görünməmiş vəziyyətə düşdük" - FOTO

18:18 - 5 İyun 2023

Argentina mətbuatında 1979-cu ildə Yaponiyada keçirilmiş gənclər arasında dünya çempionatının SSRİ-yə qarşı oyunu (3:1) xatırladaraq, azərbaycanlı futbol veteranı İqor Ponomarevin də qolu diqqətə çatdırılıb.

Sportal.az xəbər verir ki, "La Prensa" portalı final matçı haqda bunları yazıb:

"Birinci hissədən sonra, oyun bərabərləşəndə, daha əvvəl dünya çempionatında 4 qol vurmuş Bakı “Neftçi”sinin futbolçusu İqor Ponomaryov görüşdə hesabı açdı. Bu qoldan sonra görünməmiş vəziyyətə düşdük. Onlar bu çempionatda heç vaxt geridönüş etməyə məcbur qalmamışdı. Bununla belə, xoşagəlməz nəticədən qaçmaq alındı. Alves penaltidən hesabı bərabərləşdirdi, sonra Diaz Argentinanı önə keçirdi və Maradona gözəl cərimə zərbəsi ilə görüşdəki son qolu vurdu. Belədə, uşaqlar dünya çempionu oldular".

Xəbər xətti