"Sabah" amerikalı oyunçu transfer etdi

13:52 - 26 Avqust 2023

Ölkəmizi FİBA Avropa Kubokunun təsnifat mərhələsində təmsil edəcək “Sabah” turnirə hazırlıq çərçivəsində heyətini gücləndirməkdə davam edir.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı amerikalı basketbolçu Kivon Devonportla 1 illik müqavilə imzalayıb.

203 santimetr boya malik Kivon Devonport peşəkar karyerası ərzində İsrail, Ukrayna və Fransa liqalarında legioner həyatı yaşayıb. Devonport son olaraq Fransanın “Orlean Luare Basket” klubunda çıxış edib.

Xəbər xətti