"Qarabağ"ın rəqibi İsveç millisinin üzvünü transfer etdi

12:27 - 4 Sentyabr 2023

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Hekken” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İsveç təmsilçisi Praqa "Slaviya"sından Ayxam Usu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsveç millisinin üzvü olan 23 yaşlı müdafiəçi 2023/2024 mövsümünü icarə əsasında Höteborq təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının H qrupunda "Hekken"lə yanaşı "Bayer" və "Molde" ilə mübarizə aparacaq.

Xəbər xətti