Avropanın TOP-5 liqasında yay transfer pəncərəsi bağlanıb.
Sportal.az xəbər verir ki, bu ölkələrdə komandaların futbolçu keçidlərinə xərclədiyi məbləğlər bəlli olub.
Yay transferlərinə ən çox İngiltərədə pul xərclənib. Premyer Liqa klubların bu dönəm ərzində 2,81 milyard avro xərc çəkiblər.
Fransada 898 milyon avro, İtaliyada 854 milyon avro, Almaniyada 748 milyon avro, İspaniyada isə 439 milyon avro futbolçu keçidləri üçün xərclənib. Ulduz futbolçuların transferi ilə gündəmə gələn Səudiyyə Ərəbistanı klubları isə 896 milyon avrosundan keçməli olublar.
Mövsümlərarası fasilənin ən bahalı futbolçuları isə bunlardır:
1 Deklan Rays "Vest Hem - " Arsenal" 116,6 milyon avro
2 Moyzes Kaysedo "Brayton" - "Çelsi" 116 milyon avro
3 Cud Bellingem "Borussiya" - "Real" 103 milyon avro
4 Harri Keyn "Tottenhem" - "Bavariya" 100 milyon avro
5 Randal Kolo Muani "Ayntraxt" - PSGJ 95 milyon avro
6 Yoşko Qvardiol "Leyptsiq" - "Mançester Siti" 90 milyon avro
7 Neymar PSJ - "Əl Hilal" 90 milyon avro
8 Rasmus Hoylund "Atalanta" - "Mançester Yunayted" 75 milyon avro
9 Kay Haverts "Çelsi" - "Arsenal" 75 milyon avro
10 Dominik Sobozlai "Leyptsiq" - "Liverpul" 70 milyon avro