İki cüdoçumuz Avropa üçüncüsü oldu

20:40 - 8 Sentyabr 2023

Azərbaycanın iki cüdoçusu Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.

Sportal.az xəbər verir ki, Vüsal Qələndərzadə və Ömər Rəcəbli bürünc mükafata yiyələniblər.

V.Qələndərzadə 73 kq, Ö.Rəcəbli isə 81 kq çəki dərəcəsində Avropa üçüncüsü olublar.

Xəbər xətti