"Zəngəzur" minifutbol üzrə Avropa Kubokunda növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Veşka Olomouts" komandası ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Komanda bu nəticə ilə qrupu ikinci sırada bitirib və pley-off mərhələsinə vəsiqə qazanıb.
"Zəngəzur"un bu mərhələdəki rəqibi Bolqarıstanın “Meçkite” komandası olacaq.