Millimizin oyununa biletlərin qiyməti açıqlandı, avstriyalılar təəccübləndi

16:56 - 27 Sentyabr 2023

Avstriya Futbol Assosiasiyası millinin AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun Azərbaycana qarşı keçiriləcək oyuna səfər sektoru üçün biletlərin qiymətini açıqlayıb.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, Avstriya mətbuatı biletin qiymətinin 4 avro (təxminən 7 manat) təşkil etməsinə təəccübləndirib.

Müqayisə üçün isə nəşr Avstriyanın dördüncü liqasındakı matçlara ən ucuz biletlərin 10 avro, aşağı liqalarda isə ən azı 6 avro olduğunu qeyd edib.

Azərbaycan - Avstriya oyunu oktyabrın 16-da Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:00-da başlayacaq.

Xəbər xətti