Rayan Babel klubsuz qaldı

19:57 - 29 Sentyabr 2023

Türkiyənin "Eyüpspor" komandasında ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Rayan Baballə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 36 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, Rayan Babel "Eyüpspor"a ötən ilin yayında "Qalatasaray"dan keçmişdi. Niderlandlı forvard cari mövsümdə komandanın heyətində 1 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti