"Sumqayıt"ın futbolçusu Azərbaycana qarşı oynayacaq

15:44 - 3 Oktyabr 2023

"Sumqayıt"ın futbolçuları Erik Sorqa, İsa Suliman və Kasimir Ninqa müvafiq olaraq Estoniya, Pakistan və Çad milli komandalarının heyətinə dəvət edilib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sorqanın şərəfini qoruduğu Estoniya millisi oktyabrın 13-də Azərbaycanı qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan - Estoniya matçı 1:1 hesabı ilə yekunlaşıb.

Xəbər xətti