Karlos Teves: "Komandamızdakı üç futbolçu toplama və çıxmanı bilmir"

20:54 - 10 Oktyabr 2023

Argentinanın "İndependiente" klubunun baş məşqçisi karlos Teves maraqlı açıqlama verib.

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis bəzi oyunçularının riyazi hesablamaları bilmədiyini deyib. Tevez həmin futbolçular üçün müəllim tutduqlarını bildirib:

"Komandamızdakı üç futbolçu toplama və çıxmanı bilmir. Bunun adı yoxsulluqdur. Bir uşağın qarnını doydura bilərsən, ona kömək edərsən, amma dərslər vacibdir. Bu uşaqlar hansı müqaviləyə qol çəkdiklərini belə bilmirlər. Klubla danışmışam, onlar üçün müəllim tutmaq qərarı verdik. Məşqdən sonra iki saat dərslərlə məşğul olurlar".

Qeyd edək ki, Karlos Teves bu ilin avqust ayından "İndependiente"ni çalışdırır.

Xəbər xətti