"Səudiyyə Ərəbistanında futbolun səviyyəsi məni təəccübləndirdi"

11:49 - 12 Oktyabr 2023

“Real”ın sabiq hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanından “Əl-İttihad”a keçidini şərh edib.

Sportal.az xəbər verir ki, “RMC Sport”a açıqlama verən fransalı forvard yeni komandasındakı məqsədlərindən söz açıb:

"Real"da qazandıqlarımdan sonra yeni nəsə axtarmağın vaxtı idi. Mən lap əvvəllər Səudiyyə Ərəbistanında olmaq istəyirdim. Bu müsəlman ölkəsidir və mənə qucaq açıb qarşıladılar. Futbol layihəsi inkişaf etməyə başladı və mən bu layihədə iştirak etmək istədiyimi söylədim. İstər futbol meydançasında, istərsə də ondan kənarda çox xoşbəxtəm. Başqalarının sevgisini hiss edirəm. Burada da çoxlu azarkeş var, onlar da futbolu sevirlər. Avropada bu liqa izlənilmədiyi üçün Səudiyyə Ərəbistanında futbolun səviyyəsi məni təəccübləndirdi. Burada qələbələr üçün mübarizə aparan çoxlu böyük oyunçular var".

35 yaşlı forvardın "Əl-İttihad"la müüqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti