"Kəpəz" Portuqaliyadan qapıçı gətirdi

14:18 - 12 Oktyabr 2023

"Kəpəz" növbəti transferi reallaşdırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi qapıçı ilə güclənib.

Portuqaliyalı İqor Rodriqes mövsümün sonuna qədər "sarı-göylər"in formasını geyinəcək. 

28 yaşlı qolkiperi "Çaveş", "Eştoril", "Sportinq Kovilya" və "Feyrense" klublarının qapısını qoruyub. 

Xəbər xətti