Millimiz Kosovoya məğlub oldu

17:57 - 8 Noyabr 2023

19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, Sloveniyada təşkil olunan matçda millimiz Kosovo yığması ilə qarşılaşıb. Oyun 3:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimiz seçmə mərhələdə növbəti oyununu noyabrın 11-də meydan sahibi Sloveniya yığmasına qarşı keçirəcək.

Xəbər xətti