"Cəbrayıl" "Şəki Siti"ni darmadağın etdi - VİDEO

20:53 - 14 Noyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında XI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Cəbrayıl" öz meydanında "Şəki Siti"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 24-ə yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 19 xalı olan "Şəki Siti" isə 7-ci yerdədir.

"Cəbrayıl" - "Şəki Siti" 4:1
Qollar: 
Baxşəli Baxşəliyev, 66, Elvin Nəsibov, 75, Tapqıd Əhmədov, 77, Mehman Süleymanlı, 88 - Ceyhun Rəcəbli, 18

Xəbər xətti