"Qarabağ"ın futbolçuları oynadı, komandaları qələbə qazandı

09:19 - 17 Noyabr 2023

Avro-2024-ün seçmə mərhələsinin oyunları davam edir.

Sportal.az xəbər verir ki, G qrupunda "Qarabağ"ın futbolçuları Marko Veşoviçlə Marko Yankoviçin formasını geyindiyi Monteneqro doğma meydanda Litvanı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın üzvləri də bü görüşün iştirakçısı olub. Hər iki oyunçu matçda start heyətdə başlayıb. Veşoviç 90 dəqiqə meydanda qalıbsa, Yankoviç 78-ci dəqiqədə əvəzlənib.

7 turdan sonra 11 xal toplayan Monteneqro qrupda 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti