İspaniya klubunda baş məşqçi təyinatı

21:43 - 27 Noyabr 2023

İspaniya Primerosunun təmsilçisi “Qranada” baş məşqçi postunda dəyişiklik edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, uruqvaylı mütəxəssis Aleksandr Medina adıçəkilən komanda ilə anlaşıb.

2023-cü ilin fevralından işsiz qalan 45 yaşlı uruqvaylı “Qranada”nı mövsümün sonuna qədər çalışdıracaq.

Medina “Nasyonal”, “Talleres”, “İnternasyonal” və “Velez Sarsfild”də çalışıb.
 

Xəbər xətti