Erlinq Moe: "90 dəqiqə daha yaxşı tərəf biz idik"

02:42 - 1 Dekabr 2023

"Molde" Avropa Liqası qrup mərhələsinin 5-ci turunda doğma meydanda "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.

Sportal.az-ın Etopaz-ın xətti ilə Moldeyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görəNorveç təmsilçisinin baş məşqçisi Erlinq Moe matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Nə Bakıda, nə də Norveçdə "Qarabağ" qalib gələ bildiniz. Buna nə mane oldu?

- Bakıdakı oyunda "Qarabağ" bizdən daha yaxşı perfromans göstərmişdi. Ona görə qalib gəldilər. Amma bu gün 90 dəqiqə daha yaxşı tərəf biz idik. Komandamla fəxr edirəm. "Qarabağ" çox güclü komandadır. Onlara qarşı çox yaxşı performans göstərdik. Oyunçularıma təşəkkür edirəm. Bu performansı "Bayer"ə qarşı göstərməyə çalışacağıq.

- "Qarabağ"ın Avropa Liqasında uğurlu çıxışını istəyərdiz?

- "Qarabağ"ı hələ təbrik etməyəcəm. Çünki şansımız var. "Bayer"lə matçımız olacaq. "Qarabağ" çox yaxşı komandadır. Önəmli odur ki, növbəti mərhələdə "Qarabağ" və ya bizə rəqib kim düşəcək. 

- Matçdan Qurban Qurbanovu təbrik etdiniz...

- Bəli, əlini sıxdım. Uzun illərdir ki, "Qarabağ"a baş məşqçilik edir. Onu təbrik edirdim ki, "Qarabağ"ı udmaq çətindir. Ona uğurlar arzuladım.

Mirbağırağa

Xəbər xətti