Braziliya millisinin sabiq üzvü karyerasını başa vurdu

16:34 - 1 Dekabr 2023

“Çelsi”  və "Atletiko”nun sabiq müdafiəçisi Filipe Luis karyerası ilə bağlı qərar verib. 

Sportal.az xəbər verir ki, Braziliya millisinin sabiq futbolçusu 38 yaşında aktiv futbolçu karyerasını başa vurduğunu açıqlayıb. 

O, “Atletiko” ilə birlikdə iki dəfə İspaniya çempionluğunu, iki dəfə Avropa Liqasını qazanıb, iki dəfə Çempionlar Liqasının finalında çıxış edib. “Çelsi” ilə də İngiltərə çempionu olub.

Luis 2019-2023-cü illəri "Flamenqo"da keçirib.
 

 

Xəbər xətti