Millimiz qrupunu qalib başa vurdu, B divizionuna yüksəldi

23:11 - 1 Dekabr 2023

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Millətlər Liqasında növbəti matçına çıxıb. 

Sportal.az xəbər verir ki, C3 qrupunda  Kiprlə qarşılaşan yığmamız rəqibini məğlub edərək vaxtından əvvəl qrup qalibi adını qazanıb. Limassol şəhərində keçirilmiş matçda yığmamız minimal hesabla qalib gəlib. Millimizin kapitanı Sevinc Cəfərzadə penaltidən istifadə edə bilməyib. Üstəlik, yığmamız oyunu 10 nəfərlə başa vurub.

Kipr – Azərbaycan 0:1
Qol
: Diana Məmmədova, 8

İstifadə edilməmiş penalti: Cəfərzadə 79.
Qırmızı vərəqə: Mollaeva, 87 (ikinci sarıdan sonra).

Azərbaycan bundan əvvəl Kipr (1:1), Monteneqro (1:0, 3:0) və Farer adaları (2:1) ilə oynayıb. Beləliklə, qrupda vaxtından əvvəl birinci yeri tutmuş millimiz C divizionundan B divizionuna vəsiqə qazanıb. 

Xəbər xətti