Xankəndidə futbol komandası yaradılacaq

16:34 - 6 Dekabr 2023

Növbəti mövsümdən Azərbaycanda yeni futbol klubu yaradılacaq. 

Sportal.az saytına verilən məlumata görə, həmin klub Xankəndi şəhərini təmsil edəcək. Hələ ki, bununla bağlı bütün təfərrüatlar məlum deyil.

Klubun sıfırdan yaradılması da mümkündür, mövcud olan və aşağı liqada yarışan klublardan birinin əsasında qurulması da.

“Xankəndi”nin fəaliyyətə start verdikdən sonra hansı liqadan iştirakına başlayacağı da məlum deyil. Amma böyük ehtimalla klub birinci liqada oynayacaq.

Xəbər xətti