Xosep Qvardiola üçün antirekord

15:34 - 7 Dekabr 2023

İngiltərə çempionatının 15-ci turunun "Aston Villa" - "Mançester Siti" görüşü qonaqlar üçün antirekordlarla yadda qalıb.

Sportal.az "Opta"ya istinadən xəbər verir ki, birmingemlilər rəqib qapısı istiqamətinə 22 zərbə vurub(1:0).

Bu isə Xosep Qvardiolanın top 5 liqalarında çalışdırdığı komandalar arasında antirekorddur.

Belə ki, ispaniyalı məşqçinin indiyə qədər 535 oyuna çıxmışdı. Onun komandasının digər antirekordu isə bir oyun ərzində rəqib qapısı istiqamətinə ikidən artıq zərbə endirə bilməməsidir.

"Aston Villa" isə ardıcıl ev qələbələri üzrə klub rekordunu təkrarlayıb (14). Birmingem komandası sonuncu dəfə İngiltərə çempionu olduqları 1980/81 mövsümündə mövsümün əvvəlində keçirdiyi 15 matçdan 10-da qalib gəlmişdi.

Xəbər xətti