"Liverpul" fransalı müdafiəçi transfer edə bilər

15:44 - 8 Dekabr 2023

İngiltərənin "Liverpul" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki. Premyer Liqa təmsilçisi "Volfsburq"da çıxış edən Maksans Lakruanın xidmətində maraqlıdır. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Liverpul" Almaniya klubu ilə 2025-ci ilin yayına kimi müqaviləsi olan 23 yaşlı mərkəz müdafiəçisi üçün 35 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Volfsburq" Maksans Lakruanı 2020-ci ilin yayında "Şoşo"dan transfer edib. Fransalı arxa xətt oyunçusu cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti