"Real" yetirməsini transfer etməyi planlaşdırır

10:04 - 1 Yanvar 2024

"Jirona"nın müdafiəçisi Miqel Qutyerres karyerasını "Real”da davam etdirə bilər.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "kral klubu" 2022-ci ildə satdığı yetirməsini geri qaytarmaq istəyir.

Madrid təmsilçisi müqavilədəki müvafiq variantdan yararlanacaq. Lakin Qutyerres özü qışda "Jirona"dan ayrılmaq istəmir.

Sol cinah müdafiəçisinin "Jirona" ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti