"Arsenal" və "Mançester Yunayted" "Barselona"nın futbolçusunu istəyir

16:12 - 5 Yanvar 2024

"Barselona"nın futbolçusu Pedri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, ispan yarımmüdafiəçinin xidmətində "Mançester Yunayted" və "Arsenal" maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Hər iki klub mövsüm başa çatdıqdan sonra futbolçu üçün Kataloniya təmsilçisinə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Barselona" Pedrini 2020-ci ilin yayında "Las Palmas"dan transfer edib. 21 yaşlı orta xətt oyunçusu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 11 rəsmi matyçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti