"Sevilya"nın sabiq futbolçusu Azərbaycanda oynaya bilər

21:52 - 5 Yanvar 2024

Ukrayna milli komandasının sabiq üzvü Yevgeni Konoplyanka karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, Rumıniya ÇFR-indən ayrılan və hazırda azad agent statusunda olan 34 yaşlı vingerin Azərbaycanla yanaşı, Qazaxıstan, Çin, İndoneziya və Ukraynada çıxış etmək ehtimalı var. Bu barədə "sport.ua" saytı məlumat yayıb.

Qeyd edək ki, Yevgeni Konoplyanka "Dnepr"in yetirməsidir. Təcrübəli ön xətt oyunçusu karyerası ərzində "Sevilya", "Şalke", "Şaxtyor" və "Krakovia"da çıxış edib. Konoplyanka son klubu olan ÇFR-in heyətində 4 rəsmi matçda iştirak edib.

Xəbər xətti